WhatsApp istifadəçilərinə müjdə


Digərləri 06 Yan 2018 22:51:00 276 0

WhatsApp istifadəçilərinə müjdə

“Facebook” şirkəti "“Hekayələr” özəlliyini "İnstagram"dan sonra "WhatsApp” və "Messenger"-də də tətbiq etməyə hazırlaşır

"WhatsApp" mesajlaşma şəbəkəsində yenilik gözlənilir. Bu barədə şəbəkənin aid olduğu "Facebook" şirkətindən açıqlama verilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Facebook" şirkəti ""Hekayələr" özəlliyini "İnstagram"dan sonra "WhatsApp" və "Messenger"-də də tətbiq etməyə hazırlaşır.

Məlumata görə, hazırda bu funksiya "WhatsApp"da sınaqdan keçirilir.

Həmin funksiya sayəsində "Instagram"da paylaşılmış hekayələri birbaşa "WhatsApp" statusunda yerləşdirmək mümkün olacaq.