NaxçıvanMəşhəd qatarının bərpa olunacağı


Digərləri 06 Yan 2018 21:48:00 290 0

NaxçıvanMəşhəd qatarının bərpa olunacağı

Naxçıvanı İranın Məşhəd şəhəri ilə əlaqələndirəcək sürət qatarı 2018-ci il yanvarın 11-dən işini bərpa edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.

Diplomat ümid etdiyini bildirib ki, bu dəmir yolu marşrutunun fəaliyyət göstərməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.

Naxçıvan-Məşhəd-Naxçıvan marşrutu üzrə reyslər 2016-cı ilin dekabrında başlasa da, sonradan texniki səbəblərlə əlaqədar dayandırılmışdı.

Hərəkət istiqaməti boyunca qatar İranın digər şəhərlərində, o cümlədən Təbriz və Tehranda da dayanır.