Döş xərçənginin riskini azaltmaq üçün...


Digərləri 06 Yan 2018 21:35:00 312 0

Döş xərçənginin riskini azaltmaq üçün...

Alimlər çoxdan sübut ediblər ki, artıq çəki bir çox xərçəng növlərinin, o cümlədən süd vəzi xərçənginin riskini artırır.

ABŞ alimlərinin son araşdırması göstərib ki, bədən çəkisinin azalması bu riski xeyli azaldır. Son.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər 11 il ərzində yaşı 50-dən 79 qədər olan 61000 qadına nəzarət etdikdən sonra bu nəticəyə gəldilər. Məlum olub ki, bədən çəkisinin 5% azalması döş xərçənginin riskini 12%, 15% azalması ilə 37% azaldır. Artıq çəki həmçinin şəkərli diabet, ürək-damar sistemi xəstəliklərinin əsas səbəblərindən biri sayılır.