Qida qatqılarına diqqət! Səhhətinizdə ciddi


Digərləri 06 Yan 2018 21:22:00 288 0

Qida qatqılarına diqqət! Səhhətinizdə ciddi

Hər gün çoxlu sayda insanın istifadə etdiyi çipsi, tez hazırlanan hazır şorbalar, kolbasa məhsullarının tərkibinə qatılan dadlandırıcı qatqılar sağlamlığa ciddi zərər vurur. Bu qatqılar bir müddət sonra insanların dadbilmə qabiliyyətini itirməsinə və yalnız bu cür qidalara öyrəşməsinə səbəb olur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qidalara qatılan dadlandırıcı qatqılar əslində insan sağlamlığına zərərli imiş. Bu əlavə qatqılar dodaqlarda keyimə, orqanizmdə çoxsaylı narahatlıqlar yaradır. Söhbət "Çin restoranı" sindromu adı ilə tanınan problemdən gedir. Bu sindromu əmələ gətirən mononatrium qlütamat adlı qida dadlandırıcısı çipsilərdə, tez hazırlanan şorba və əriştə, kolbasa məhsulları, hazır souslar, bulyon kubları və əksər fəst fudların hazırlanmasında istifadə edilir. Bu qatqı müətmadi istifadə edənlərin səhhətində problemlər yaradır. Kimyəvi tərkibi E621 aromatizatoru adlandıran maddəni qida narkotiki də adlandırırlar. Onun əsas səbəbi dadlandırıcı qatılmış qidalara alışanların sadə xörəklərin dadını hiss etməməsi və həmişə qlütamatlı qidalara meyl etməsidir. Xüsusilə bu maddə ət konservalarında daha ciddi sağlamlıq problemləri yarada bilər. Uşaqlara isə ümumiyyətlə tərkibində qlütamatlı qidaların verilməsi məsləhət görülmür. Yaxşı olar ki, evdə bişən yeməklərə, ümumiyyətlə, dadlandırıcı əlavə edilməsin. Onlar ağız dadını dəyişməklə yanaşı allergiya da törədir. Uşaqlar fast-fuddan imtina etmək istəmədikdə, heç olmazsa, həmin qidalara məhdudiyyət qoyulmalıdır. Qəbul edilən mononatrium qlütamatın sutkalıq norması 0,5 qramdan artıq olmamalıdır".


Xəbərə aid video