Stiv Cobsun mühəndisinə verdiyi mükəmməl cavab


Digərləri 06 Yan 2018 21:20:00 296 0

Stiv Cobsun mühəndisinə verdiyi mükəmməl cavab

"Apple" şirkətinin qurucusu Stiv Cobs "iPod"u bazara təqdim etməmişdən öncə mühəndisləri ilə maraqlı diskusiyaları olub.

Son.az facemark.az-a istinadən bildirir ki, mühəndislərdən biri Cobsa "iPod"u bundan da kiçik eləmək mümkünsüzdür deyir.

S.Cobsun isə bu cavaba qarşılıq olaraq "iPod"u akvariumun içinə atır və çıxan qabarcıqları göstərərək "Demək ki, hələ də içində boş yer var. Kiçildin!"

İmkansızdır, mümkün deyil kimi sözləri qəbul etməyən Cobs "Apple" markasının bu günə gəlməyinə olduqca böyük rolu olub.

Qeyd edək ki, "iPod" ilk dəfə bazara 2001-ci ildə təqdim edilmişdi. O vaxt onun yaddaş həcmi 5 GB, qiyməti isə 400 dollar idi.