Narkotik alveri ilə məşğul olan şəxslər ələ keçdi VİDEO


Digərləri 06 Yan 2018 21:02:00 264 0

Narkotik alveri ilə məşğul olan şəxslər ələ keçdi  VİDEO

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin alqı-satqısında şübhəli bilinən şəxsləri saxlayıblar. Saxlanılan şəxslərdən ümumilikdə 31 kiloqramdan artıq zəhərli maddə aşkar edilərək götürülüb.

Külli miqdarda narkotik maddə samaq istəyən şəxs tutulub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına bir nəfərin külli miqdarda narkotik maddə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal əməliyyata başlayan polis Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aydın İbrahimovu saxlayıb. Onun əlindəki sellofan torbaya baxış zamanı ordan 4 kiloqram 510 qram heroin və 5 kiloqram 525 qram tiryək götürüblər. Daxil olan digər məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları da külli miqdarda heroin satmaq istəyən şəxsi saxlayıblar. Cəlilabad rayonu ərazisində saxlanılan Tural Ataşovdan polis 18 kiloqrama yaxın tiryək aşkar edib. Dindirmə zamanı Tural Ataşov həmin maddəni satmaq üçün əldə etdiyini deyib. Növbəti uğurlu əməliyyat tədbiri də Cəlilabadda keçirilib. Nəticədə rayonun Pərdi kəndində yaşayan Oqtay Rufullayevin evinə baxış zamanı oradan 3 kiloqram 118 qram heroin aşkar edilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Qeyd edək ki, saxlanılan hər üç şəxs narkotik maddəni satmaq niyyəti ilə əldə ediblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri hələ davam etdirilir.


Xəbərə aid video