Bu gəncin bacarığı hər kəsi təəccübləndirir VİDEO


Digərləri 06 Yan 2018 21:04:00 234 0

Bu gəncin bacarığı hər kəsi təəccübləndirir  VİDEO

İsmayıllı sakini 18 yaşlı gənc nitq qüsuruna görə təhsil ala bilməsə də, qeyri-adi bacarığa malikdir. Onun düzəltdiyi əl işləri dəqiqlik və səbr tələb edir. Gəncin istedadına siz də şahid olun.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ev və içində ağaclarla birlikdə həyəti, gəmi maketləri, müxtəlif musiqi alətləri və digər əşyalar 18 yaşlı gəncin əl işləridir. İsmayıllı sakini Turan Hüseynov nitq qüsurlu olsa da, öz həmyaşıdlarından xüsusi bacarığı ilə seçilir. Valideynlərinin sözlərinə görə, onda bu həvəsi uşaqlıqdan hiss ediblər. Turan rəngli kağızdardan, plastilinlərdən və kibrit çöplərindən istifadə edərək öz ideyalarını həyata keçirməyə çalışıb. O, müxtəlif evlərin, Bakı şəhərinin, istirahət mərkəzi və yaşayış binalarının maketlərini düzəldərək onları işıq sistemləri ilə aydınladır. Turana bu işində əsasən valideynləri kömək edir. Turan öz əl işləri ilə tez-tez müxtəlif sərgilərdə iştirak edib. O, həmçinin İsmayıllıda məktəblilərin dərsdən sonra asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunan dərnəklərin fəal iştirakçılarındandır.


Xəbərə aid video