Gəncədə ahıl kişini maşın vurub


Digərləri 06 Yan 2018 20:51:00 290 0

Gəncədə ahıl kişini maşın vurub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki,1936-cı il təvəllüdlü Əjdər Vəliyev yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kafidir. Faktla bağlı araşdırma aparılır.