Kimdir? Nədir?


Digərləri 06 Yan 2018 19:04:00 255 0

Kimdir? Nədir?

İmperiya dövründən indiyədək İranın tarixində ən mühüm hadisələrin xronologiyası.

E.ə. 550-330 - Əhəmənilər sülaləsi ilk Fars imperiyasını idarə edib. Ən güclü dövrü I Daranın hakimiyyəti illərinə təsadüf edib və sərhədlər Egey dənizi və Liviyadan Hind vadisinə qədər uzanıb.

Qədim Persepolis şəhəri ilk Fars imperiyasının mədəni zənginliyinin nümunəsidir

492-479 - Farsların Yunanıstanı işğal cəhdi uğursuzluqla nəticələnib.

330 - Makedoniyalı Böyük İsgəndər Fars imperiyasını zəbt edir və 323-cü ildə Babildə ölümünə qədər azömürlü imperiyanın əsasını qoyub.

312-140 - Ərazinin böyük hissəsi Böyük İsgəndərin generallarından biri Atropat tərəfindən əsası qoyulan imperiya tərəfindən idarə olunub.

E.ə.140-224 - Artıq Arşakilər sülaləsi tərəfindən idarə olunan Parfiya imperiyasının tərkibində.

E.ə. 224-651 - Sasanilər sülaləsi Fars İmperiyasını idarə edib. Əsas din Zərdüştilik olub.

İslamın yayılması

636 - Ərəb işğalı Sasanilər sülaləsinin sonunu gətirib və İranda İslam yayılmağa başlayıb.

9-cu əsr - Müasir Fars dili (və ya farsi) yaranmağa başlayıb. Yazılı şəkli ərəb xətti əsasında formalaşıb.

9-13-cü əsrlər - İslam Xilafəti süquta uğrayaq bir sıra İran və türk sülalələri ilə əvəzlənib: Səlcuq türkləri və Xarəzm imperiyası kimi.

İsfahan şəhərinin məhşur Allahverdi Xan körpüsünün tikintisi Şah Abbasın dövründə, 1602-ci ildə tamamlanıb

1220 - Çingiz xanın rəhbərliyi ilə monqollar İranı ələ keçiriblər və ərazi Çingizin nəvəsi Hülakünün rəhbərliyi altında Elxanilər dövlətinin bir hissəsinə çevrilib.

15-ci əsr - İran, Türk, Monqol sülalələri və şərqi İranda Teymurləng imperiyası torpaqlar uğrunda mübarizə aparıb.

1501 - Döyüşçü qəbilələri olan şiə qızılbaşlarının dəstəyilə I Şah İsmayıl, İslam Səfəvilər sülaləsinin ilk hökmdarına çevrilib. Şiəlik dövlət dini elan olunub.

1571-1629 - Səfəvilər imperiyasının çiçəklənən dövrü I Şah Abbasın hakimiyyəti illərinə təsadüf edib. O orduda islahatlar aparıb, qızılbaşları uzaqlaşdırıb və qərbi Avropa ilə ilk diplomatik əlaqələr qurub.

1639 - Qəsri-Şirin müqaviləsi nəticəsində Osmanlı imperiyası ilə davam edən 150 illik müharibəyə son qoyulub.

1736 - Nadir Şah sonuncu Səfəvi hökmdarını devirib və ömrü qısa olan Əfşarlar sülaləsinin əsasını qoyub.

1751 - Zəndlər sülaləsindən Kərim Xan qısa müddətlik belə olsa, sabitlik yarada bilib.

1794 - Məhəmməd Şah Qacar sonuncu Zənd padşahını öldürüb və Qacarlar sülaləsinin əsasını qoyub. Beləliklə, yarım əsrlik qeyri-sabitlikdən sonra, İranda stabillik bərqərar olub.

1828 - İran ikinci Rus-İran müharibəsindən sonra Qafqazın idarəsini Rusiyaya verib.

ABŞ-ın yaxın müttəfiqi olan Məhəmməd Rza Pəhləvi şah olduğu dövrdə İranı müasirləşdirmə layihələrini həyata keçirməyə səy göstərdi

1890 - "Tütün Üsyanları": Nasir-əl-Din Şah genişmiqyaslı etirazlardan sonra, Britaniya ilə ticarət əlaqələrini dayandırmalı olub.

1907 - Hökmdarların mütləq hakimiyyətlərini məhdudlaşdıran konstitusiyanın təqdimi.

1914-1918 - İran I Dünya Müharibəsində neytrallığını elan etsə də, ərazisində ağır döyüşlər baş verib.

1921 fevral - Hərbi komandir Rza Xan hakimiyyəti ələ keçirib.

1923 - Rza Xan baş nazir olub.

1925 dekabr - Parlament Əhməd Şah Qacarı devirərək Rza Xanı hökmdar seçib.

1926 aprel - Rza Xan, Rza Şah Pəhləvi kimi taca sahib olub. Şahın böyük oğlu Məhəmməd Rza vəliəhd şahzadə elan edilib.

Şahlığın bərpası

1935 - Əvvəllər Persiya kimi bilinən ölkə, ilk rəsmi adı kimi İran adı altında elan olunub.

1979-cu ildə İran İslam İnqilabı ilə İran İslam Respublikası təsis olundu

1941 - II Dünya Müharibəsində İran Anqlo-Rusiya işğalına məruz qalıb və Şah, oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə hakimiyyətdən əl çəkib.

1950 - Əli Razmara baş nazir seçilib və doqquz ay keçmədən sui-qəsd nəticəsində öldürülüb. Onu milliyyətçi Məhəmməd Müsəddiq əvəzləyib.

1951 aprel - Parlament, Britaniyanın idarə etdiyi Anqlo-İran Neft Şirkətinin dominant olduğu neft sənayesini milliləşdirmək üçün səs verir. Nəticədə Britaniya embarqo və blokada tətbiq edir və iqtisadiyyata böyük zərbə dəyir. Şah ilə Müsəddiq arasında baş verən hakimiyyət uğrunda mübarizə nəticəsində Şah 1953-cü ilin avqustunda ölkədən qaçır.

1953 August - Musəddiq, Britaniya və Amerika kəşfiyyat xidmətlərinin müdafiə etdiyi çevriliş cəhdi nəticəsində devrilir. General Fəzlulla Zahidi baş nazir elan olunur və Şah geri qayıdır.

Müasirləşmək uğrunda kampaniya

1963 yanvar - Şah ölkənin müasirləşdirilməsi və qərbləşdirilməsi uğrunda kampaniyaya başlayır. O, torpaq və sosial və iqtisadi islahatlar proqramı "Ağ İnqilab"ı səfərbər edir. 1960-cı illərin sonlarında Şah gizli polisdən (SAVAK) daha çox asılı olmağa başlayır.

1978 sentyabr - Şahın dindən uzaqlaşması və avtoritar idarəsi üsyanlar və genişmiqyaslı etiraz nümayişlərinə səbəb olur. Komendant saatı elan olunur.

Ayətullah Xomeyni 1979-1989-cu illərdə İrana rəhbərlik edir

Şah sürgün olunur, Xomeyni qayıdır

1979 yanvar - Siyasi vəziyyət qarışdıqca Şah və ailəsi sürgünə məcbur qalır.

1979 1 fevral - İslamçı fundamentalist Ayətulla Ruhulla Xomeyni İraq və Fransada 14 illik sürgün həyatından sonra, rejimə müxalif qismində geri qayıdır.

1979 1 aprel - Referendumdan sonra, İran İslam Respublikası elan olunur.

1979 4 noyabr - İslam hərbçiləri Tehrandakı ABŞ səfirliyində 52 amerikalını əsir götürürlər. Onlar, ABŞ-da müalicə alan Şahın İranda məhkəmə qarşısına çıxarılması üçün ekstradisiyasını tələb edirdilər.

1980 yanvar - Əbulhəsən Bani-Sədr İslam Respublikasının ilk prezidenti seçilir. Onun hökuməti böyük milliləşmə proqramı üzrə işlərə başlayır.

1980 iyul- Sürgündə olan Şah, Misirdə xərçəng xəstəliyindən ölür.

İran-İraq müharibəsi

1980 22 sentyabr - Səkkiz il davam edən İran-İraq müharibəsi başlayır.

1981 yanvar - 444 gün əsirlikdən sonra amerikalı əsrlər azad edilirlər.

1981 iyun - Prezident Əbülhəsən Banisədr Fransaya qaçdıqdan sonra, vəzifəsindən azad edilir.

1985 - ABŞ və Sovet İttifaqı silah təchizatını dayandırdıqdan sonra, ABŞ, Livandakı əsirlərin azadlığı müqabilində gizli silah anlaşması təklif edir və bu sonralar İran-Kontras qalmaqalı kimi bilinir.

1988 iyul - İran Hava Yolları Təyyarəsi səhvən BMT Vincennes tərəfindən vurulur və nəticədə təyyarə heyəti və 290 sərnişin həlak olur. \

Atəşkəs

1988 iyul - İran, BMT himayəsi altında Cenevrədə aparılan danışıqlar nəticəsində atəşkəs razılığına gəlir.

1989 fevral - Ayətullah Xomeyni britaniyalı yazıçı Salman Rüşdinin ölüm fətvasını verir. Buna səbəb yazıçının "Şeytanın Ayələri" əsəridir.

1989 3 iyun - Ayətullah Xomeyni ölür. İyunun 4-ü prezident Xameneyi yeni ali lider elan olunur.

1989 avqust - Əli Əkbər Haşimi-Rəfsəncani yeni prezident kimi and içir.

1989 noyabr - ABŞ 567 milyon dollar dəyərində dondurulmuş İran aktivlərini dövriyyəyə buraxır.

Şiddətli zəlzələ

1990 iyun - İranda baş verən şiddətli zəlzələdə 40 000 nəfər ölür.

1990 - İran İraqın Küveyti işğalına münasibətdə neytral qalır.

1990 sentyabr - İran və İraq diplomatik əlaqələrini bərpa edirlər.

ABŞ sanksiyalar tətbiq edir

1995 - ABŞ İrana "terrorizmi" dəstəkləməsi, nüvə silahı əldə etməsi və Yaxın Şərqdəki proseslərə qərəzli münasibəti iddiaları əsasında neft və ticarət sanksiyaları tətbiq edir. İran iddiaları rədd edir.

1997 may - Məhəmməd Xatəmi prezident seçkilərində 70 faiz səs toplayaraq qələbə qazanır. O, səsvermədə mühafizəkar hakim elitanı geridə qoymuşdu.

1998 sentyabr - Taliban Məzari-Şərif yaxınlığında səkkiz iranlı diplomat və bir jurnalistin ölümü ilə nəticələnən hücumu boynuna aldıqdan sonra, İran Əfqanıstan sərhədinə minlərlə döyüşçülər göndərir.

Tələbə etirazları

1999 iyul - Tehran Universitetinin demokratiya tərəfdarı tələbələri "Salam" adlı islahatçı qəzetin bağlanmasından sonra, etirazlara başlayırlar. Təhlükəsizlik qüvvələri ilə baş verən toqquşmalar 6 gün davam edir və mindən çox tələbə həbs olunur.

2000 fevral - Məclis seçkiləri. İlk dəfə olaraq parlamentin idarəsi mühafizəkarlardan liberallar və Xatəmi tərəfdarlarına keçir.

2000 aprel - Yeni mətbuat qanunu əsasında məhkəmə 16 islahatçı qəzetin nəşrini qadağan edir.

2000 may - Altıncı parlamentin inauqurasiyası.

Xatəminin ikinci prezidentlik müddəti

2001 iyun - Prezident Xatəmi yenidən prezident seçilir.

2002 yanvar - ABŞ prezidenti George Bush İraq, İran və Şimali Koreyanı "şeytanın oxları" adlandırır və həmin ölkələrdə uzun mənzilli raketlərin hazırlandığı xəbərdarlığını verir. Onun nitqi İranda həm mühafizəkarlar, həm də islahatçılar tərəfindən hiddətlə qarşılanır.

2002 sentyabr - ABŞ-ın ciddi etirazlarına baxmayaraq, rusiyalı mühəndislər Buşehr şəhərində İranın ilk nüvə reaktorunun inşasına başlayırlar.

2003 iyun - Tehranda dini hakimiyyətə qarşı minlərlə tələb etirazlar keçirir.

2003 sentyabr - BMT nüvə gözətçisi IAEA, atom silahları proqramını yürütməməsi ilə bağlı bir neçə həftə vaxt verir.

2003 oktyabr - Hüquqşünas, insan haqları kampaniyaçısı, İranın 1975-ci ilk qadın hakimi olan və 1979-cu ildə istefaya məcbur qalan Şirin Ebadi, İranın ilk Nobel Sülh Mükafatı qalibi olur.

2003 noyabr - İran, uran zənginləşdirmə proqramını dayandırdığını bəyan edir və BMT-nin daha əsaslı yoxlamlarına icazə verdiyini bildirir. IAEA silah proqramı ilə bağlı heç bir dəlilə rast gəlmədiyini elan edir.

2003 dekabr - İranın cənub-şərqində baş verən zəlzələ nəticəsində 40 000 insan həyatını itirir. Bəm şəhəri yerlə-yeksan olur.

Mühafizəkar canlanma

2004 fevral - Mühafizəkarlar parlament seçkilərində yenidən üstünlüyü ələ keçirirlər. Minlərlə islahatçı namizəd seçkilərdən əvvəl Qəyyumlar Şurası tərəfindən diskvalifikasiya olunur.

Nüvə gərginliyi

2005 avqust-sentyabr - Tehran, İsfahanda yerləşən zavodunda uran emalını bərpa etdiyini deyir və iddia edir ki, proqram yalnız sülh məqsədi daşıyır. IAEA İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsini Pozduğunu aşkarlayır.

2004 iyun - İran, IAEA tərəfindən nüvə fəaliyyəti ilə bağlı əməkdaşlığa tam əməl etməməkdə ittiham olunur.

2004 noyabr -Tehranın ultra-mühafizəkar meri Mahmud Əhmədinejad, prezident seçkilərində dindarları və keçmiş islahatçı prezidenti Əkbər Haşimi Rəfsəncanini məğlub edərək qələbə qazanır.

2005 iyun - Tehranın ultra-mühafizəkar meri Mahmud Əhmədinejad, prezident seçkilərində dindarları və keçmiş islahatçı prezident Əkbər Haşimi Rəfsəncanini məğlub edərək qələbə qazanır.

2006 yanvar - İran, Natanz nüvə tədqiqatı təsisatındakı IAEA möhürünü sındırır.

Cənub şəhəri Əhvaza edilən bombalı hücumda səkkiz nəfər ölür və 40-dan çox insan yaralanır.

2006 fevral - IAEA, İranın nüvə fəaliyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasına məruzə vermək üçün səsvermə keçirir. İran Natanzda uran zənginləşdirməsi fəaliyyətini davam etdirir.

2006 aprel - İran bildirir ki, Natanz təsisatında uran zənginləşdirilməsinə nail olub.

2006 31 avqust - BMT Təhlükəsizlik Şurasının İrana nüvə yanacağı ilə bağlı təqdim etdiyi vaxt tamamlanır. IAEA Tehranın proqramı dayandırmadığını deyir.

Holokostun təkzibi

2006 dekabr - İran, Holokost üzrə mübahisəli konfransa ev sahibliyi edir. Nümayəndələr arasında yəhudi soyqırımını rədd edənlər də olur.

BMT Təhlükəsizlik Şurası İranın həssas nüvə materialları və texnologiya ticarəti üzrə sanksiyaların lehinə səs verir. İran qərarı qınayır və uran zənginləşdirməsi işini daha da sürətnləndirmək haqqında vəd verir.

2007 fevral - IAEA deyir ki, İran uran zənginləşdirməsini dayandırması tələbinə əməl etmədiyinə görə Tehrana qarşı yeni sanksiyalar irəli sürülə bilər.

2007 mart - İranla İraqı ayıran su yolu Şətt-ül-Ərəbdə gözətçilik edən 15 britaniyalı dənizçi və donanmaçının İran tərəfindən nəzarət altına alınmasından sonra Britaniya ilə diplomatik gərginlik yaşanır.

2007 aprel - Prezident Əhmədinejad deyir ki, İran sənaye miqyaslı nüvə yanacağı istehsal edə bilər.

IAEA, İranın öz yeraltı uran zənginləşdirmə zavodunda nüvə yanacağı hazırlamağa başladığını bildirir. Eyni zamanda deyilir ki, İran 1300-dən çox sentrifuqa maşınını işə salıb.

2007 may - İran istədiyi təqdirdə üç və səkkiz il arasında nüvə silahı yarada bilər, IAEA deyir.

2007 iyun - Mümkün BMT sanksiyalarından çəkinən hakimiyyət yanacaq paylanmasını tətbiq edir və bununla da etirazlar baş qaldırır.

2007 iyul - İran yalnız benzinlə işləyən avtomobillərin istehsalını dayandırmağı planlaşdırır və əvəzində həm də qazla işləyən iki yanacaqlı maşınlara keçmək istəyir.

İran IAEA ilə danışıqlardan sonra müfəttişlərin Arak nüvə zavoduna baş çəkməsinə razılıq verir.

Yeni sanksiyalar

2007 oktyabr - BMT, İrana qarşı yeni sanksiyaların tətbiqi barədə məlumat yayır və bu, 30 il əvvəl tətbiq olunan ilk sanksiyalardan bəri ən çətini olur.

2007 dekabr - ABŞ kəşfiyyatı İran tərəfindən nüvə hədəsi alınması ilə bağlı yeni məruzə təqdim edir.