WhatsApp bu smartfonlarda ömrünü başa vurdu


Digərləri 06 Yan 2018 19:08:00 247 0

WhatsApp bu smartfonlarda ömrünü başa vurdu

Bu ilin yanvar ayından "WhatsApp" messenceri əməliyyat sistemləri köhnəlmiş bir sıra cib cihazlarında fəaliyyətini dayandıracaq. Son.az lent.az-a istinadən xəbər verir ki, söhbət "Windows 8.0" mobil versiyasından, "BlackBerry 10" və "BlackBerry OS" kimi daha köhnə əməliyyat sistemlərindən gedir. Tərtibatçıların sözlərinə görə, bu söndürülmə mərhələli şəkildə baş tutacaq. Ancaq bununla belə, sonucda "WhatsApp" bütün qeyri-populyar cihazlarda fəaliyyətini dayandıracaq. Bundan başqa, yeni başlayan ildə populyar messencer "Nokia S40" platformasını da dəstəkləməyi dayandıracaq. 2020-ci ildə isə "WhatsApp" "Android 2.3.7" və daha köhnə versiyalarla idarə olunan smartfonlarda da çalışmayacaq.