Mağazalardan noutbuk və planşet oğurlayan dəstə üzvləri yaxalandılar


Kriminal 06 Yan 2018 18:20:00 279 0

Mağazalardan noutbuk və planşet oğurlayan dəstə üzvləri yaxalandılar

Nərimanov rayonu ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazadan isə planşet oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-4-də rayon ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazalardan birindən isə planşet oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərov, Sabirabad və Şəmkir rayon sakinləri olan iki yeniyetmə saxlanılıblar.