193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada FOTO


Digərləri 06 Yan 2018 18:10:45 300 0

193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada  FOTO

ABŞ-ın məşhur "USA TODAY" informasiya agentliyində dərc olunan məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı qeyd olunub.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sırada qeyd olunur.

"Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyət və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir" - deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitekrura və qədim binaların ahəngini də vurğulayır.


Xəbərə aid fotolar