Rusiya vətəndaşı Qaxda bibisinin yas mərasimində bıçaqlanıb


Kriminal 06 Yan 2018 17:14:00 290 0

Rusiya vətəndaşı Qaxda bibisinin yas mərasimində bıçaqlanıb

Qax rayonunda 47 yaşlı kişi bıçaqlanıb.

Son.az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alinib.

Belə ki, Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Amiran İosif oğlu Suxaşvilibibisinin yas mərasimində qohumu tərəfindən bıçaqlanıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Rusiya vətəndaşını bıçaqlayan şəxs saxlanılıb.