Rusiya vətəndaşı Qaxda bibisinin yas mərasimində bıçaqlanıb - YENİLƏNİB


Sosial 06 Yan 2018 16:08:00 243 0

Rusiya vətəndaşı Qaxda bibisinin yas mərasimində bıçaqlanıb - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Qax rayonunda Rusiya vətəndaşını bıçaqlayan şəxs saxlanılıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bibisinin yas mərasimində iştirak etmək üçün Qax rayonuna gələn A.Suxaşvili dayısı oğlu Giorgi Vazgenoviç Okracanaşvili tərəfindən bıçaqlanıb. 

G.Okracanaşvili Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

*** 15:49

Qax rayonunda 47 yaşlı kişi bıçaqlanıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alinib.

Belə ki, Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Amiran İosif oğlu Suxaşvili bibisinin yas mərasimində qohumu tərəfindən bıçaqlanıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.