Nelson Bonilyanın yeni klubu məlum oldu


İdman 06 Yan 2018 15:28:00 228 0

Nelson Bonilyanın yeni klubu məlum oldu

"Zirə"nin sabiq futbolçusu Nelson Bonilyanın yeni klubu məlum olub.

Goal.az xəbər verir ki, salvadorlu hücumçu Tailandın "Suxotay" klubuna transfer olunub.

"Zirə" azarkeşlərinin sevimlisi olan forvard açıqlamasında Azərbaycanda çıxış etdiyi kimi oynamaq istədiyini bildirib.

Qeyd edək ki, Bonilya 2015/2016 mövsümündə "Zirə"nin şərəfini qoruyub. 27 yaşlı hücumçu Topaz Premyer Liqasında 14 qol vuraraq "Zirə" tarixinin bombaridiri adına yiyələnib.