Ötən il Azərbaycandan Antalyaya gedən turistlərin sayı 13% artıb


İqtisadiyyat 06 Yan 2018 15:08:00 284 0

Ötən il Azərbaycandan Antalyaya gedən turistlərin sayı 13% artıb

Ən çox isə 3,796 mln. nəfərlə Rusiyadan gələnlər təşkil edib

Ötən il Azərbaycandan 51 min nəfər turist Türkiyənin Antalya şəhərinə səfər edib.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə Antalya valisi Münir Karaloğlu bildirib.

Onun sözlərinə görə, Antalyaya gedən Azərbaycan turistlərinin sayı 2016-cı illə müqayisədə 13% artıb: "Ötən il Antalyaya hava limanları ilə 184 ölkədən səfər edən turistlərin sayı, ümumilikdə, 10 mln. 486 min 191 nəfər olub. Bu isə 2016-cı ildən 57% artıqdır. Ən çox isə 3,796 mln. nəfərlə Rusiyadan gələnlər təşkil edib”.