“Keşlə”nin Ukrayna klubu ilə matçının vaxtı açıqlandı


İdman 06 Yan 2018 15:10:00 231 0

“Keşlə”nin Ukrayna klubu ilə matçının vaxtı açıqlandı

Bu gün qış istirahətini başa vuraraq məşqləri bərpa edən “Keşlə”nin Türkiyə toplanışı çərçivəsində Ukraynanın “Karpatı” klubuna qarşı keçirəcəyi yoxlama matçının tarixi müəyyənləşib.

Goal.az xəbər verir ki, ukraynalı Yuri Maksimovun yenicə baş məşqçi təyin olunduğu paytaxt klubu onun həmyerliləri ilə yanvarın 29-da Antalyada üz-üzə gələcək.

“Keşlə” Türkiyədə daha iki oyun keçirəcək. Bakılıların yanvarın 26-da Makedoniyanın "Rabotniçki", fevralın 1-də isə Rusiyanın "Yenisey" klubu ilə qarşılaşacağı bildirilir.

Paytaxt təmsilçisi Bakı toplanışı çərçivəsində isə iki yoxlama matçı (“Neftçi” və “Qaradağ Lökbatan”la) keçirməyi planlaşdırır.