Neftçala broylerin 7 işçisi 800 cücə oğurladı


Digərləri 06 Yan 2018 14:04:00 303 0

Neftçala broylerin 7 işçisi 800 cücə oğurladı

Cari il yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə DİN-in "102" Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, məlumatla əlaqədar rayon polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.

Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri - Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.