"Tractor" xal itirdi


İdman 06 Yan 2018 13:50:00 324 0

"Tractor" xal itirdi

Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilir.

Goal.az xəbər verir ki, Təbrizin “Tractor Sazi” klubu evdə “İstiqlal”la qarşılaşıb. Matç qolsuz bərabərliklə nəticələnib.

Şəhərin digər təmsilçisi “Göstəriş Fulad” isə səfərdə “Sepidrood”u 2:1 hesabıyla məğlub edib.

Qeyd edək ki, 18 oyundan sonra hesabında 26 xal olan “Göstəriş Fulad” 7-ci, 21 xala malik “Tractor” isə 11-ci pillədə qərarlaşıb.