FED bu il faizləri iki dəfə artıra bilər


İqtisadiyyat 06 Yan 2018 13:19:00 245 0

FED bu il faizləri iki dəfə artıra bilər

Bu barədə ABŞ Mərkəzi Bankının Filadelfiya şöbəsinin müdiri Patrik Harker məlumat verib

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində faizləri iki dəfə artıra bilər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Bankının Filadelfiya şöbəsinin müdiri Patrik Harker məlumat verib.

“Əgər inflyasiyadakı zəiflik davam edərsə, bu, ciddi problem ola bilər. Buna görə də 2018-ci il ərzində 2 dəfə faiz artımının uyğun olacağını düşünürəm”, - o bildirib.

P.Harker qeyd edib ki, hazırda 1,8% səviyyəsindəki inflyasiya 2019-cu ildə 2%-dən çox olduqdan sonra yenidən bu səviyyəyə düşəcək: “İnflyasiyanın sadəcə 2%-ə qalxması deyil, bir müddət bu göstəricidən biraz çox olması faydalı olacaq”.