Cenk Tosun rəsmən “Everton”da


İdman 06 Yan 2018 13:05:00 297 0

Cenk Tosun rəsmən “Everton”da

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Cenk Tosunun bundan sonra İngiltərə Premier Liqasında çıxış edəcək.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. İngilislər bunun üçün İstanbul klubuna 27 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, 2014-cü ildən “Beşiktaş”ın formasını geyinən Cenk, meydana çıxdığı 96 oyuna 41 qol vurub.