100 metrə yaxın telefon kabeli oğurlayan şəıxs saxlanılıb


Digərləri 06 Yan 2018 13:01:00 285 0

100 metrə yaxın telefon kabeli oğurlayan şəıxs saxlanılıb

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.

Bakı. Yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.