Azərbaycanda pambıq qəbulu məntəqələrinə 207 min tondan çox pambıq verilib


İqtisadiyyat 06 Yan 2018 12:50:00 333 0

Azərbaycanda pambıq qəbulu məntəqələrinə 207 min tondan çox pambıq verilib

Pambıq tədarükündə Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi rayonları irəlidədir

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 207 005 tondan çox pambıq təhvil verilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, ötən gün məntəqələrə 50 ton pambıq verilib.

Pambıq tədarükündə Saatlı (25 748 ton), Biləsuvar ( 24 762 ton), Bərdə (22 379 ton), Ağcabədi (20 420 ton) rayonları irəlidədir.

Qeyd edək ki, ötən il 136 413,2 hektar sahədə çiyid səpilib.