Kəndlərdən Bakıya gələn avtobusların son dayanacaq yeri dəyişdi


Digərləri 06 Yan 2018 12:59:00 251 0

Kəndlərdən Bakıya gələn avtobusların son dayanacaq yeri dəyişdi

Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi yanvarın 13-də sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bununla əlaqədar müvafiq marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara da göstəriş verilib.

Metronun "Dərnəgül" stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.