Nəvəsini azad etmək üçün pul xərcləməyən,


Digərləri 06 Yan 2018 12:21:06 254 0

Nəvəsini azad etmək üçün pul xərcləməyən,

Dünyanın ən xəsis milyonçusunun həyatından bəhs edən film çəkilib

Paul Getty (Paul Qeti) 1966-cı ildə dünyanın ən varlı adamı olub. Neft maqnatı Paul Amerikada doğulsa da, əslən britaniyalıdır.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, onun həyatından bəhs edən film çəkilib. Ekran işi yaxın günlərdə təqdim ediləcək.

Paul Qeti dünyanın ən varlı adamı olsa da, o, qaçırılan nəvəsini xilas etmək üçün cinayətkarlara pul verməyib, ölümcül xəstəliyi olan oğlunu müalicə etməyib və onun xəstəxana məsrəflərini görəndə deyinib.

Paul Qetinin 16 yaşlı nəvəsi 1973-cü ildə mafiya üzvləri tərəfindən qaçırılıb. Onlar Pauldan nəvəsini azad etmək üçün 17 milyon dollar istəyiblər. Paul pulu verməyib. Mafiya üzvləri onun nəvəsinin qulağını kəsib, sərbəst buraxıblar.


Xəbərə aid fotolar