İtkin düşən alpinistlərin qarşılaşdıqları təhlükələr – VİDEO FOTO


Digərləri 06 Yan 2018 12:27:50 448 0

İtkin düşən alpinistlərin qarşılaşdıqları təhlükələr – VİDEO  FOTO

https://oxu.az/society/236952

2017-ci ilin dekabrın 23-dən etibarən itkin düşmüş "Gilavar" Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadənin Quba rayonundan Tufandağ istiqamətində axtarışları aparılır. Axtarışların iki həftədir davam etməsinə baxmayaraq, hələlik heç bir nəticə yoxdur. Xilasetmə işləri aparan Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) əməkdaşları itkin düşmüş alpinistlərə aid hər hansı iz aşkarlamayıblar.

Qeyd edək ki, Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadənin Tufandağ zirvəsinə qalxması üçün ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti icazə verib. Alpinistlər Quba rayonu Xınalıq kəndinə "Niva" markalı avtomobillə gediblər, Tufandağa qalxmaq üçün "Qaz-66" ilə Xınalıqdan Şahyaylağa yollanıblar.

Şahyaylaqdan Mahmuddərə marşrutu üzrə hərəkət edərək Tufandağa yollanıblar. 24 dekabrda, 19:02-də mesaj yazıb Mahmuddərədə gecələyəcəkləri barədə məlumat veriblər. 

Növbəti gün marşrutdan qayıtmalı olan qrupdan xəbər çıxmadığını görən "Gilavar" Klubu bu barədə ETSN-ə məlumat verərək, xilasetmə ilə bağlı hazırlıqlara başlayıb. Departament tərəfindən bu barədə dərhal FHN-ə müvafiq məlumat verilib. 26 dekabrda xilasetmə qrupu yaradılaraq əraziyə göndərilib. 27 dekabrda FHN, DSX, ETSN və FAİREX təşkilatının üzvlərindən ibarət təcrübəli komanda tərəfindən xilasetmə işlərinə başlanılıb.

Nazirliyin məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, 23-25 dekabr tarixlərində Tufandağ massivində 9-13 dərəcə şaxta, 2-5 m/saniyə mülayim şimal-qərb, qərb küləyi olub. Lakin yerli sakinlər bildiriblər ki, 24 dekabrda həmin istiqamətdə tufan müşahidə edilib. Növbəti günlərdə axtarış işləri aparan alpinistlərə bildiriblər ki, dağçıların itdiyi gün hava şəraiti kəskin olub.

"Dekabrın 31-i səhər saatlarında ərazidə işləməyə getdik. Amma elə bir külək, qar çovğunu vardı ki, işləyə bilmədik. Alpinistlərin dağa getdiyi günlərdə - dekabrın 23-24-25-də hava daha pis olub. Xüsusilə 24-ü ikiqat pisləşib", - xilasetmə işlərində iştirak edən könüllülərin biri məlumat paylaşıb.

Mİlli.Az oxu.az-a istinadən xəbər verir ki, könüllülər xilasetmə işlərini aparan qurumlari qeyri-peşəkarlıqda ittiham ediblər. Onlar bildiriblər ki, yerli mütəxəssislər bu sahədə kifayət qədər təcrüəli deyillər, axtarışlardan iki həftəyə yaxın vatın keçməsinə baxmayaraq, heç bir iz tapılmayıb. Alpinistlər və itkin düşənlərin valideynləri xaricdən mütəxəssislər cəlb olmasını təklif ediblər. Dünən isə Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonuna yollanıblar.

Avstriyalı mütəxəssislərin hansı təkliflər etdiyi, nə işlər aparacaqları bilinmir. 

Onu da bildirək ki, itkin düşmüş alpinistlərin üzərində GPS örtücüsü, yaxud ona oxşar bir cihaz olmayıb. Alpinistlərin üzərində mobil telefon olub. Yerli sakinlər bildiriblər ki, əgər onlar özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə, sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 12 gün keçib.

Alpinistlərin qarşılaşdıqları təhlükələr haqqında tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl məlumat paylaşıb.

Dağda alpinistin başına iki yerdə qəza gələ bilər:

1. Hərəkət halında 2. Düşərgədə (bivuak)

Qarlı və buzlu cığırlarda alpinistlər qalça nahiyyəsini qucaqlayan xüsusi sistemləri bir sığorta ipinə bağlayaraq hərəkət edirlər. Buna "bağlama" deyilir. Hər kəs xüsusi buz baltası daşıyır.

Bağlamada öndəki dağçı və sonuncu mütləq ən təcrübəlisi olur. Alpinistlər arasında məsafə minimum 3 metr ola bilər. Xüsusi təhlükəli yerlərdə öndəki idmançı bağlamada 10-15 metr qabağa buraxılır. Mənim ən çox bəyəndiyim, ritmini tutduğum məsafə 3-5 metr arasıdır. Beş metr daha yaxşıdır. Bağlamada alpinistlər arasındakı məsafə nə qədər qısadırsa, qəza anında qurtulma şansı bir o qədər azdır. İdmançılar arasında bağlamada məsafə nə qədər uzundursa, o qədər uzun ip götürmək lazımdır. İp nə qədər uzundursa, bir o qədər ağırdır. Alpinistlər ağır əşyaları daşımağı sevməzlər.


Xəbərə aid fotolar