Məşhur musiqiçinin alətini sındırdılar FOTO


Digərləri 06 Yan 2018 10:38:00 256 0

Məşhur musiqiçinin alətini sındırdılar  FOTO

Bu qədər laqeyd, tərbiyəsiz davranışla hələ qarşılaşmamışdım. Az qaldı yazsınlar ki, "musiqiçilərə nifrət edirik".

Əslən Braziliyadan olan israilli sənətçi, məşhur musiqiçi, "Phoenix" ansamblının dirijoru və solisti Mirna Hersoq Facebook-dakı profilində belə yazıb.

Son.az bildirir ki, dünyaca tanınan 66 yaşlı sənətçi xanımın sözlərinə görə, 17-ci əsrdə hazırlanmış viola da qambası "Alitalia" aviaşirkətinin təyyarəsində yararsız hala düşüb, sındırılıb.

Təl-Əvivdən İtaliyanın paytaxtı Romaya uçan reysə bilet alan israilli sənətçi Romadakı "Flumiçino" hava limanında yükünü alanda viola da qambanın sındırıldığını, parçalandığını görüb.

Mirna Hersoq sındırılmış nadir musiqi alətinin fotolarını çəkib, "Alitalia" aviaşirkətinin mənsubları ilə danışaraq olayı araşdırmağa çalışıb. Lakin aviaşirkət məsuliyyəti boynundan atıb.

"Təyyarəyə oturmazdan əvvəl viola da qambam üçün salonda yük yeri almağa çalışdım. Lakin mənə salonun dolu olduğunu dedilər, rədd cavab verdilər. Söylədilər ki, viola da qambanı baqaja verim. Bu da nəticəsi", - Mirna Hersoq yazıb.


Xəbərə aid fotolar