Aeroport yolunda maşın piyadanı vuraraq öldürüb, ardınca iki avtomobilə çırpılıb FOTO


Digərləri 06 Yan 2018 08:58:00 321 0

Aeroport yolunda maşın piyadanı vuraraq öldürüb, ardınca iki avtomobilə çırpılıb  FOTO

Hadisəni törədən sürücü xəsarət alıb

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu "Jeep" markalı avtomobil vurub. Piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə "Jeep" deformasiyaya uğrayıb. . Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib. Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı cinayət işi başlanılıb.


Xəbərə aid fotolar