Abşeronda sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girərək qəza törədib - FOTO


Sosial 06 Yan 2018 08:32:12 266 0

Abşeronda sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girərək qəza törədib - FOTO

İdarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub

Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Rəsulov Rövşən Şamo oğlu idarə etdiyi "90-MP-597" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili ilə "Lukoil" yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib.

Lakin idarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.