Bərdədə "Kamaz" təkərinin partlaması nəticəsində sürücü xəsarət alıb


Sosial 06 Yan 2018 08:40:21 263 0

Bərdədə "Kamaz" təkərinin partlaması nəticəsində sürücü xəsarət alıb

Hadisə sürücü təkərdə yaranmış problemi aradan qaldırmaq istəyən zaman baş verib

Bərdədə bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 1989-cu il təvəllüdlü Goranboy rayon sakini Məmmədov Rəşad Oktay oğlu özünə məxsus "Kamaz" markalı yük maşınının təkərində yaranan nasazlığı aradan qaldırmaq istəyərkən o, partlayıb.

Nəticədə sürücü müxtəlif xəsarətlər alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.