Gecə klubu robotdiceyi işə götürdü


Digərləri 06 Yan 2018 08:31:00 215 0

Gecə klubu robotdiceyi işə götürdü

Praqanın "Karlovy Lazne" gecə klubunun rəhbərliyi qeyri-adi addım atıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, qurumun əməkdaşları xüsusi robot diceyin yaradılması xahişi ilə üçün robotexnika şirkətinə müraciət ediblər.

Bildirilir ki, keyfiyyətli musiqilərin səsləndirilməsi üçün robomanipulyator onun üçün proqramçılar tərəfindən tərtib edilmiş çətin proqram təminatından istifadə edir. Bununla əlaqədar olaraq robomanipulyator nəinki mahnı seçməyi, dəmir əlləri ilə lazımi valları götürməyi və onları səslənmək üçün növbəyə qoymağı, həmçinin musiqini taktla hərəkət etməyi və skretçlər etməyi bacarır.

Bu arada ixtiranın öz mənfi cəhətləri də var. Belə ki, dicey robot hələlik uzun setləri səsləndirə bilmir və onun çıxışları bir saatla məhdudlaşır. Bir çox ziyarətçilər dicey-əli bəyənsə də, onun əsl insanı əvəz etməsinə çox var. Məsələn, robot insanların rəqs meydançasındakı hərəkətlərinə reaksiya vermir və diskləri sifarişlə səsləndirə bilmir. Bunun üçün də robotların adi diceyləri işsiz qoymasından danışmaq hələ çox tezdir.   Bundan öncə isə bildirilib ki, Fukusimaya unikal robot ilan göndəriləcək. Aparat Yaponiyanın "Toshiba" şirkətinin mühəndisləri tərəfindən hazırlanıb. Bu cihaz xüsusi olaraq "Fukusima-1" Atom Elektrik Stansiyasında yaranan qəzadan sonra atom reaktorlarının sıradan çıxmasını təhlil etmək və təmizlənməsi üçün istifadə etmək məqsədilə tərtib edilib.