“Facebook” 2017ci ilin ən yaxşı oyunlarını açıqladı VİDEO


Digərləri 06 Yan 2018 08:05:00 261 0

“Facebook” 2017ci ilin ən yaxşı oyunlarını açıqladı  VİDEO

"Facebook" sosial şəbəkəsi 2017-ci ilin ən yaxşı oyunlarını elan edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, final siyahının əsas layihəsi oyunsevərləri təəccübləndirib.

Amerika sosial şəbəkəsinin versiyasına əsasən, 2017-ci ilin ən yaxşı oyunu "1979 Revolution: Black Friday" olub. Bu oyun "iNK Stories" studiyasının kiçik kamera layihəsidir. Bundan öncə isə komanda "Resident Evil 7: Biohazard" oyununun kinematoqrafik çarxları ilə məşğul olub.

"1979 Revolution: Black Friday" oyunu 2016-cı ildə yaradılıb. Oyun "Telltale Games" studiyasının interaktiv layihələri ruhunda istehsal edilib. Bu oyunda tərtibatçılar İranda İslam inqilabından bəhs ediblər.  

"1979 Revolution: Black Friday" oyunu ilə birgə onunla daha dörd - "100 Stones Interactive" istehsalı olan "The Eyes of Ara", "Warm Lamp Games" studiyasının istehsalı olan "Beholder", "Mirum Studio"nun "Rise of Balloons" oyunu, həmçinin "GameHouse" studiyasının istehsalı olan "Heart's Medicine" oyunları rəqabət aparıb.


Xəbərə aid video