Google Pixel C planşeti satışdan çıxarıldı


Digərləri 06 Yan 2018 07:51:00 280 0

Google Pixel C planşeti satışdan çıxarıldı

"Google" şirkəti "Google Pixel C" hibrid planşet kompüterinin satışını dayandırıb. Artıq qurğu "Google Store" onlayn mağazasında satışdan çıxarılıb.   Son.az ICTnews-a istinadən bildirir ki,  indi "Pixel C" səhifəsinin ünvanı "Pixelbook" qurğusuna yönəldilməklə "Google" şirkətinin noutbuklara diqqət yetirməyə başlamasını sübut edir.   Xatırladaq ki, 2015-ci ilin dekabrında satışa çıxarılan "Google Pixel C" planşetinin 32 giqabaytlıq baza modelinin qiyməti 499 dollar, 64 giqabaytlıq versiyasının isə 599 dollar təşkil edib. Planşetə ayrıca qapalı vəziyyətdə birləşdirici stansiya və enerji doldurma imkanına malik 149 dollarlıq "ağıllı" klaviatura təklif olunub.     10,2 düym diaqonallı ekranla təchiz edilən qurğu "Android 6.0 Marshmallow" əməliyyat sisteminin idarəetməsi ilə işləyib.