Robot cərrah təqdim olundu


Digərləri 06 Yan 2018 07:11:00 298 0

Robot cərrah təqdim olundu

Cari ilin ilk günü Hefey şəhərində ortopedik robot cərrahın iştirakı ilə ilk  əməliyyat keçirilib.

Son.az ICTnews-a istinadən bildirir ki, Çində hazırlanmış və "Tyanszi" adlandırılmış bu robot mexaniki manipulyator, optik izləmə sistemi və idarəetmə paneli ilə təchiz edilib.

Sözügedən robotun köməyi ilə çanaq sümükləri və əl-ayaq sınıqları zamanı ortopedik əməliyyatlar keçirmək, həmçinin boyun, döş, bel və sağrı daxil olmaqla onurğada əməliyyatlar aparmaq mümkündür.