Ötən il Liviyanın neft gəlirləri 14 mlrd. dollar təşkil edib


İqtisadiyyat 06 Yan 2018 04:16:07 274 0

Ötən il Liviyanın neft gəlirləri 14 mlrd. dollar təşkil edib

Ölkədə karbohidrogen hasilatı sutkada 1 mln. barel göstəricisini ötüb

Ötən il Liviyanın neftdən gələn gəlirləri 2016-cı il ilə müqayisədə artıb və 14 milyard dollar təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Liviya Mərkəzi Bankının məlumatlarına istinadən "Franc-Press" məlumat yayıb.

Maliyyə orqanının məlumatına görə, 2017-ci ildə ölkədə karbohidrogen hasilatı sutkada 1 milyon barel göstəricisini ötüb ki, bu da büdcə kəsirini əhəmiyyətli dərəcədə azaldacaq.

Bildirilir ki, neft sektoru Liviya xəzinəsi gəlirlərinin 90 faizə qədərini təmin edir.