Bərdədə məcburi köçkündən odlu silah götürülüb


Sosial 06 Yan 2018 01:31:25 242 0

Bərdədə məcburi köçkündən odlu silah götürülüb

Silahın sənədləri olmayıb

Bərdədə məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünün evində sənədləri olmayan ov tüfəngi aşkar edilib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Cəbrayıl rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində rayon sakini Eldəniz Zamanovdan sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.