Fransada qasırğa nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb


Dünya 06 Yan 2018 00:04:30 266 0

Fransada qasırğa nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

İki nəfərin itkin düşdüyü bildirilir

Yanvarın 3-nə keçən gecə Fransa ərazisində cərəyan edən "Eleanor" qasırğası nəticəsində azı 5 nəfər ölüb, 2 nəfər itkin düşüb və 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report” xəbər verir ki, bu barədə cümə günü yerli LSİ telekanalı məlumat yayıb.

Bundan əvvəl ölənlərin 3 nəfər olduğu bildirilirdi.

"Eleanor" son üç həftə ərzində Fransa ərazisində cərəyan edən artıq 4-cü qasırğadır.