Qış depressiyasının əsas səbəbi


Digərləri 05 Yan 2018 23:57:00 320 0

Qış depressiyasının əsas səbəbi

Havalar soyuduqca orqanizmin müqaviməti də azalır. Həmin problemi aradan qaldırmaq üçün onu həm fiziki, həm də psixoloji cəhətdən gücləndirmək və qışa hazırlamaq lazımdır.

Son.az AZƏRTAC-a istinadən qış depressiyasının çox tez-tez rast gəlinən problem olduğunu xəbər verir. Mütəxəssislərin fikrincə, kifayət qədər günəş enerjisi qəbul etməyən orqanizmin bioloji saatı pozulur, davamlı yatmaq istəyir. Xroniki yorğunluq qışda depressiyaya düşənlərdə yaşamaq arzusunu zəiflədir. Qərar vermək çətinliyi, yaddaş və diqqət dağınıqlığı, ətrafdakılardan uzaqlaşmaq, tək qalmaq və özünə qapanmaq istəyi, eləcə də yuxu pozğunluğu qış depressiyasının əsas əlamətləridir.

Psixoloqlar qış depressiyasından xilas olmaq üçün bir sıra yollar da təklif edirlər. Onların fikrincə, həmin arzuolunmaz vəziyyətdən çıxmaq üçün ən yaxşı dərman işıqdır. Gündə 1 saat açıq havada gəzmək, qidalanmaya diqqət yetirmək məsləhətdir, xüsusilə quru meyvələr kimi enerji verən qidalar depressiya təhlükəsini aradan qaldırır. Yaşıl tərəvəzlər, pomidor, kartof və itburnu bol C vitamini ehtiva etdiyi üçün onları qəbul etməklə orqanizmi qüvvətləndirmək mümkündür.