Azərbaycan neftinin qiyməti son 3 ildə ilk dəfə 70 dolları keçdi


Digərləri 05 Yan 2018 23:14:00 282 0

Azərbaycan neftinin qiyməti son 3 ildə ilk dəfə 70 dolları keçdi

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 70,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,65 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

CIF bazisində "Azeri Light"ın qiyməti sonuncu dəfə 2014-cü il dekabrın 4-də 70 dolları keçmişdi.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 69,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.