Dağıstan müftisinin həyat yoldaşının Rusiya prezidentliyinə namizədliyi qeydə alınmayıb


Dünya 05 Yan 2018 22:55:00 287 0

Dağıstan müftisinin həyat yoldaşının Rusiya prezidentliyinə namizədliyi qeydə alınmayıb

Mərkəzi Seçki Komissiyası Dağıstan müftisinin həyat yoldaşı, "İslam" jurnalının baş redaktoru Ayna Həmzətovanın Rusiya prezidenti vəzifəsinə namizədliyini qeydə almayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, buna səbəb kimi qeydiyyat prosedurunun pozulması göstərilib.

Bundan əlavə, A. Həmzətova bütün lazımı, o cümlədən özü və həyat yoldaşının maliyyə vəziyyətini əks etdirən sənədləri təqdim etməyib.