Qazla işləyən avtomobillər təhlükəlidir? VİDEO


Digərləri 05 Yan 2018 22:20:00 264 0

Qazla işləyən avtomobillər təhlükəlidir?  VİDEO

Hərəkətdə olan avtomobil anidən dayanır, bir anda parlayış baş verir və avtomobil yanır. Bu hadisə Rusiyada qazla işləyən avtombildə baş verib. Son.az bildirir ki, belə görüntülər sosial şəbəkələrdə olduqca çoxdur. Ölkəmizdə də avtomobillərə qaz avadanlıqlarının quraşdırılmasına maraq artdığından bu kimi qəzaların baş verməməsi üçün sürücülərin nələrə diqqət etməli olması məsələsi gündəmə gəlir.

Mütəxəssislər bildirir ki, yalnız keyfiyyətsiz və qeyri peşəkarlar tərəfindən quraşdırılan avadanlıqlar problemə səbəb ola bilər. Standarta uyğun qurulan müasir avadanlıqlarda alışma və partlama ehtimalı yoxdur.

Yüksək təzyiqlə vurulduğu üçün metan qazla işləyən avtomobillərdə partalyış daha çox olur. Propan qaz avadanlığının quraşdırılması zamanı hətta qəza riski də nəzərə alınır və zəmanət verilir.