Boyu 2 metr 10 santimetrdir Nə geyinməyə paltar, nə də yatmağa çarpayı tapa bilir VİDEO


Digərləri 05 Yan 2018 22:28:00 310 0

Boyu 2 metr 10 santimetrdir  Nə geyinməyə paltar, nə də yatmağa çarpayı tapa bilir  VİDEO

Boyunun uzun olması bəzi məsələlərdə işinə yarasa da, geyimdə və digər işlərdə ona çətinlik yaradır.

Son.az bildirir ki, Azərbaycanın ən uzun insanlarından biri 21 yaşlı Elçin Hümbətlidir. Bərdənin Lək kəndində yaşayan Elçinin boyu 2 metr 10 sm-dir. Onun boyu son 6 ildə daha sürətlə artıb.

Elçinin hündürboy olması bəzən işinə yarasa da, bir çox hallarda çətinlik yaradır. Xüsusilə də satışda ayaqqabı və paltar tapa bilmir. Ona görə də geyimlərini adətən dərziyə tikdirir.

Uzun boyunun digər çətinliyini isə yatanda yaşayır. Çünki nə çarpayı, nə də yataq dəsti boyuna uyğun gəlir.