Cəlilabadda bir avtomobil iki piyadanı vurub
Sosial 05 Yan 2018 22:07:37 254 0
Yaralılar xəstəxanaya yerləşdirilib
Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, piyadalar "Mercedes" markalı minik avtomobili tərəfindən vurulub.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az