“Taxt oyunları"nda sonuncu mövsümün başlama tarixi məlum oldu


Digərləri 05 Yan 2018 20:24:00 302 0

“Taxt oyunları"nda sonuncu mövsümün başlama tarixi məlum oldu

ABŞ-ın HBO telekanalı dünya şöhrətli “Taxt oyunları” teleserialının sonuncu, sayca 8-ci mövsümünün 2019-cu ildə yayımlanacağını təsdiqləyib

ABŞ-ın HBO telekanalı  dünya şöhrətli "Taxt oyunları" teleserialının sonuncu, sayca 8-ci mövsümünün 2019-cu ildə yayımlanacağını təsdiqləyib.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.

Yüksək reytinqli kino-saqanın mavi ekranlara çıxacağı dəqiq tarix hələlik açıqlanmır. Sonuncu mövsümün altı bölümdən (epizoddan) ibarət olacağı bildirilir. Həmin bölümlərin rejissorları Devid Beniof, Den Vays, Devid Natter və Miqel Sapoçnik olacaq.

Bundan əvvəl serialda Sansa Stark rolunu ifa edən britaniyalı aktrisa Sefi Törner jurnala verdiyi açıqlamada, sonuncu mövsümün çəkilişlərinin 2017-ci ilin oktyabr ayından etibarən başladığını və 2018-ci ilin ortalarına kimi davam edəcəyini  bildirib. Aktrisanın sözlərinə görə, o, artıq ssenari ilə tanış olub və çəkiliş heyətinin üzvləri "Taxt oyunlarının sonu" ifadəsini eşitdikdə göz yaşlarına sahib ola bilməyib.