Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadizdə əhaliyə tibbi yardım göstərib (FOTO)


Digərləri 05 Yan 2018 19:53:44 302 0

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadizdə əhaliyə tibbi yardım göstərib (FOTO)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Horadiz şəhərində əhaliyə tibbi yardım göstərib.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Horadiz şəhərində əhaliyə tibbi yardım göstərib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası indiyədək Tovuz, Gədəbəy, Xaçmaz və digər rayon və şəhərlərdə pasiyentlərə xidmət göstərib: "Horazdizdə aksiyanın keçirilməsi onun 1994-cü ildə Azərbaycan Milli Ordusu tərəfindən erməni işğalından azad edildiyi yanvarın 5-i tarixinə təsadüf edir. Heydər Əliyevin Ali Baş Komandanlığı ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Horadizin düşməndən azad olunma tarixini Horadiz sakinləri ilə birgə qeyd etdiyimiz üçün bu gün Milli Oftalmologiya Mərkəzi üçün də tarixi gün olub".