"Atletico"nun müdafiəçisi Fransa millisindən imtina edib


İdman 05 Yan 2018 18:52:00 233 0

"Atletico"nun müdafiəçisi Fransa millisindən imtina edib

"Atletico Madrid"in müdafiəçisi Luka Ernandes İspaniya millisində oynamaq qərarına gəlib. Goal.az xəbər verir ki, 21 yaşlı futbolçu İspaniya passportu üçün sənədləşmə məsələsini həll edib. Luka Marsel şəhərində anadan olsa da, 10 ildən artıq müddətdə İspaniyada yaşayır. O, 2007-ci ildə "Atletico Madrid"in akademiyasına daxil olub. Onun qardaşı Teo Ernandes də Fransa millisində çıxış etmək istəmir.