Ölən aktyorun qızı atasına edilən hörmətsizliyi gözyaşı içində danışdı VİDEO


Dünya 05 Yan 2018 18:45:00 257 0

Ölən aktyorun qızı atasına edilən hörmətsizliyi gözyaşı içində danışdı  VİDEO

Bu gün vəfat edən atası Münir Özkulun ölümündən sonra kamera qarşısına keçən qızı Güner Öztürk atasına edilən hörmətsizliyi xatırladıb.

Azərbaycanın mükafatlandırdığı türk aktyoru öldü - FOTO

Son.az Haberler-ə istinadən xəbər verir ki, Güner Öztürk jurnalistlərin səhlənkarlığına eyham vurub: "Bilirsiniz, dəfələrlə yayılan yalan ölüm xəbərləri sayəsində, əslində, bu günə hazırlanmış olduq".   

"Habamam Sınıfı"nda "Mahmut Hoca" obrazı ilə yaddaşlarda iz qoyan Münir Özkul, 2003-cü ildən bəri demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü) xəstəliyindən əziyyət çəkirdi.

Mərhum aktyorun qızının sözügedən çıxışını tam olaraq aşağıdakı videoda təqdim edirik: