Bakıda bomba qoyulması barədə yalan məlumat verən şəxslər tutuldular


Kriminal 05 Yan 2018 18:46:00 271 0

Bakıda bomba qoyulması barədə yalan məlumat verən şəxslər tutuldular

Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidmətinə və ərazi polis orqanına iki məlumat daxil olub.

Son.az  xəbər verir ki,  həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparan daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatlar verən şəxslər "isti izlər"lə müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

Belə ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.

Digər hüquq-mühafizə orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib, məlumat təsdiqini tapmayıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.

Yanvarın 3-də isə saat 16.28-də DİN-in "102" Xidmətinə zəng edən naməlum şəxs  paytaxtın Nizami rayonu ərazisində yerləşən anbarda bomba olması barədə xəbər verib.