Vüqar Səfərli "Hürriyyət" qəzetinin ittihamlarına cavab verdi


Digərləri 05 Yan 2018 18:22:29 290 0

Vüqar Səfərli "Hürriyyət" qəzetinin ittihamlarına cavab verdi

Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli "Hürriyyət" qəzetinin qurumun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirb.

Son.az APA-ya istinadən xəbər verir ki, Vüqar Səfərli deyib ki, Fond fəaliyyət göstərdiyi dövrdə mövqeyindən asılı olmayaraq, bütün qəzetlərə eyni münasibət bəsləyib və ayrı-seçkiliyə yol verməyib: "Fondun il ərzində elan etdiyi müsabiqələrin elanında əksini tapmış şərt və meyarlara cavab verən qəzetlərin maliyyə yardımı müraciətləri müsbət cavablandırılıb.

Fondun Müşahidə Şurasının iclaslarında qəzetlərin müraciətlərinə şəffaf, ədalətli, obyektiv şəkildə baxılır və qiymətləndirilir. Qəzetlərin dövriliyi, tirajı və yayımı nəzərə alınmaqla, maliyyə yardımının ayrılması barədə qərar qəbul olunur.

Bildirmək istərdim ki, KİVDF-yə qarşı ünvanlı ittihamla çıxış edən "Hürriyyət" qəzeti iki il altı aydır ki, Fondun maliyyə yardımı müsabiqələrində iştirak edir. Fondla imzaladığı müqavilə əsasında layihənin həyata keçirilməsi müqabilində, müvafiq şərtlərə uyğun olaraq, qəzetə hər ay 1500 manat məbləğində maliyyə yardımı göstərilib.