İsveçli futbolçu karyerasını başa vurdu


İdman 05 Yan 2018 18:10:00 256 0

İsveçli futbolçu karyerasını başa vurdu

İsveç millisinin sabiq futbolçusu Yohan Elmander karyerasını başa vurub. Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə İnstagram hesabından məlumat yayıb.

"Gənc nəslə yol vermək vaxtı yetişib. Öncə ailəmə, həmçinin yolumun kəsişdiyi klublar və azarkeşlərə təşəkkür edirəm. Bu böyük macəraya görə qürur duyuram. Gələcəyi səbirsizliklə gözləyirəm" - Elmander yazıb.

Təcrübəli futbolçu karyerası ərzində "Feyenoord", "Djugarden", "NAC Breda", "Brondby", "Toulouse", "Galatasaray", "Norwich City" kimi klubların şərəfini qoruyub. Klub səviyyəsində 458 oyuna çıxan Elmander 98 qol vurub. İsveç millisində 85 dəfə oynamaq imkanı qazanan futbolçu 20 qolun müəllifi olub.